Prezident Dünya çempionu Rüstəm Musayevə ev verdi...

21 Dekabr 2018 14:05

Ukraynanın paytaxı Kiyev şəhərində keçirilən Poverliftinq üzrə Dünya çempionatında qalib gələn idmançımız Rüstəm Musayevə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən ev hədiyyə edilib. Artıq evin orderi idmançıya təqdim edilib. Dünya çempionatında həm veteranlar həmdə böyüklər arasında yarışda iştirak edən Musayev hər ikisində də dünya rekordunu yeniləməyi də bacarıb. 8 qat Dünya və 7 qat Avropa çempionu olan Rüstəm Musayev artıq öz tələbələrini turnirlərə hazırlaşdırır. Dünya və Avropa çempionu Elvin Eynalov da Rüstəm Musayevin tələbəsidir.