Zaqatalanın İcra başçısı növbəti səyyar görüşünü keçirib...

20 Dekabr 2018 17:04

Zaqatala Rayon İcra başçısı növbəti səyyar görüş çərçivəsində rayon mərkəzindən 30 km aralıda, ən ucqar və Gürcüstanla sərhəddə yerləşən Muğanlı kəndində əhalinin müraciətlərini dinləyib. Əvvəlcə rayonda görülən abadlıq-quruculuq işlərindən danışan icra başçısı Mübariz Əhmədzadə aqrar sektorun inkişafı sahəsində həyata keçirilən layihələr barədə əhalini məlumatlandırıb. Bildirilib ki, fındıqçılıq , baramaçılıq, gülçülük kimi sahələrin inkişafı yerli əhalinin rifah halını yaxşılaşdırmaqla yanaşı, həm də ölkə iqtisadiyyatının inkişafına təkandır. Vurğulanıb ki, rayonda aparlan abadlıq-quruculuq işləri ən ucqar ərazilərdən olan Muğanlı kəndindən də yan keçməyib. Kənddə yol infrastrukturunun yaxşılaşdırılması, içməli su ilə təchizatı sahəsində xeyli işlər görülüb. Əhalinin əsas məşğulluğunu əkinçilik, maldarlıq, tütünçülük və fındıqçılıq təşkil edən kənddə həllini gözləyən məsələlər də yetərincədir. Əhali köhnə su xəttinin yenilənməsi, kənd orta məktəbinin, köhnə işıq xətlərinin təmirə ehtiyacının olması ilə bağlı problemləri səsləndiriblər. Həmçinin kəndin mavi yanacaqla təmin olunmasını xahiş ediblər. İcra başçısı müraciətlərlə bağlı aidiyyatı qurumlara tapşırıq verib. Və məsələlərin həlli isitiqamətində tezliklə iş aparılacağını bildirib.