Şəki Tibb Kollecində tələbələr maarifləndirildi...

20 Dekabr 2018 16:28

Şəkidə “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizm” və “Yol hərəkəti qaydaları” mövzusunda təhsil ocaqlarında şagird və tələbələrlə görüşlər keçirilir. Hüquq-mühafizə orqanları tərəfindən keçirilən növbəti belə tədbir Şəki Tibb Kollecində baş tutub. Görüşdə Şəki ŞRPŞ-nin rəisi, Şəki Rayon Prokurorluğunun baş prokuroru, kollecin rəhbərliyi, müəllim və tələbə kollektivi iştirak edib. Çıxış edənlər narkotikin insana mənəvi və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb. Həmçinin ərkən nikah mövzusuna da toxunulub. Valideynlərin israrı ilə ailə qurmağa məcbur qalan gənclərin yaşadıqları çətinliklərdən bəhs edilib. Bildirilib ki, bu cür ailələr bəzən tez dağılır və hər iki gənc ictimaiyyət tərəfindən ağır qınağa məruz qalır. Valideynlərin bu məsələdə daha diqqətli davranmalı gərəkdiyi bildirilib. Dini radikalizm mövzusunda da çıxışlar olub. Bildirilib ki, hər bir vətəndaşın dini inancına hörmətlə yanaşılır, ancaq bu azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlər də var. Hüquq-mühafizə orqanlarını tərəfindən mütəmadi olaraq aparılan əməliyyatlar sayəsində belə halların qarşısı alınır. Sonda tələbələri maraqlandıran suallara cavab verilib.