Aparıcılar bu dəfə özlərinin diqqət etməli məqamları dilə gətirdilər...

20 Dekabr 2018 15:32
AMEA-nın Nəsimi adına Dilçilik institutunun monitorinq şöbəsi ARB Şəkinin qonağı olublar. Səfərin məqsədi Azərbaycan dilinin qorunub saxlanılması, aparıcıların nitq qüsuru, ədəbi dilin düzgün tələffüzü kimi bir çox məsələni müzakirə etməkdir.
Aparıcıların nitqində müşahidə olunan qüsurların aradan qaldırılması üçün ARB Şəki televiziyasında Dilçilik İnstitutunun mütəxəssislərinin iştirakı ilə seminar təşkil edilib. Telekanalın aparıcı, redaktor və digər əməkdaşlarının iştirakı ilə keçirilən seminar Azərbaycan dilinin saflığının qorunması mövzusuna həsr olunub. Ədəbi dilin normalarının pozulmasının qarşısının alınması, KİV-də dilin fonetik və qrammatik normalarına riayət olunmaması kimi bir çox məsələlər müzakirə edilib. Diskussiya şəklində davam edən seminarda jurnalisltlərin sualları cavablandırılıb. Monitorinq şöbəsinin əməkdaşları bu cür görüşlərin keçirilməsinin səmərəli və faydalı olduqları qənaətindədirlər. ARB Şəkinin əməkdaşları da dilimizin saflığının qorunması baxımından bu cür seminarların əhəmiyyətli olacağını düşünülər. Dilçilik İnstitutunun mütəxəssisləri ilə bu cür seminarların tez-tez keçirilməsi planlaşdırılır. Qeyd edək ki, ötən həftə ARB televiziyasında keçirilib. Prezidentin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” verdiyi fərman əsasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq. Məqsəd kimliyindən asılı olmayaraq hər kəsin dilimizə sahib çıxması və qorumasıdır.