Şəkidə minik avtomobili yük avtomobili ilə toqquşub...

19 Dekabr 2018 18:21

Hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" və "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə minik maşınının sürücüsü, Şəki rayonun Aşağı Göynük kənd sakini, 41 yaşlı Vüsal Abdurəhmanov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.