Vergilər Nazirliyinin Tədris Mərkəzi Şəkidə gənclərlə görüşüb...

19 Dekabr 2018 16:32

Vergilər Nazirliyinin Tədris Mərkəzi Şəkidə gənclər üçün seminar təşkil edib. Tədbirdə Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının baş müəllimi Anar Mirzəyev Mərkəzin fəaliyyəti haqqında tələbələri məlumatlandırıb. Bildirilib ki, mərkəzin məqsədi dövlət vergi orqanlarında çalışan əməkdaşların bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, praktiki iş və idarəetmə qabiliyyətinə, yeni texnologiyalara və texniki vasitələrlə iş vərdişlərinə yiyələnməsini, eləcə də daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşmasını təmin etmək üçün təhsil proseslərini həyata keçirməkdir. Daha sonra sonra çıxış edənlər gənclərin peşə hazırlığının artırılması məqsədilə tələbələrə seminar keçib. Gənclərə müstəqil biznes fəaliyyətinə başlarkən əməl etməli olduqları prosedurlar izah edilib. Biznes planın formalaşdırılması, muhasibat uçotunun aparılması, Azərbaycan Respublikasının vergi sistemi , Gəlirlərin, xərclərin və maliyyə nəticələrinin uçotu, zamanın idarə edilməsi ilə bağlı çıxışlar tələbələrin marağına səbəb olub. Seminarın sonunda tələbələri maraqlandıran suallar Tədris Mərkəzinin müəllimləri tərəfindən cavablandırılıb.