"Narkomaniyaya yox deyək !"

18 Dekabr 2018 15:49

Qobustan məktəblərində əsrin bəlası olan "Narkomaniyaya yox deyək!" devizi altında maarifləndirici silsilə tədbirlər keçirilir. Növbəti bu cür tədbir Rayon Polis şöbəsinin rəisi və şəxsi heyətinin iştirakı ilə Sündü kəndin məktəbində baş tutub. Müəllim və şagird kollektivinin iştrakı ilə keçirilən görüşdə, yeniyetmə və gənclərin narkomaniyadan uzaq olması üçün önəmli fikirlər səsləndirilib. Bildirilib ki, narkotikdən istifadə edən insan şüurlu olaraq özü-özünü ölümə məhkum edir. Bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni fiziki gücdən düşməyə başlayır. Bundan başqa, narkotik maddələr şəkərli diabet, hepatit kimi xəstəliklərin də yaranmasına səbəb olur. Və ən nəhayət, QİÇS kimi təhlükəli bir xəstəlik qaçılmaz olur. Bu xəstəliyə yoluxanların əksəriyyəti narkotik maddə istifadəçiləridir. Bütün bunlarla yanaşı, narkotikin təsirindən həmin insanların yaxınları, ətrafındakıları ilə problemlər yaranır, onlar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməyə başlayırlar. Çıxışlar zamanı vurğulanıb ki, rayonda narkomaniyadan əziyyət çəkənlərin sayı az olsa da, bu sayın artmamaması üçün maariflənməyə böyük ehtiyac var. Diskussiya şəklində davam edən tədbirin sonunda şagirdlər "Narkomaniyaya yox deyək" başlığı altında səhnəciklər nümayiş etdiriblər.