Zaqatalada ikimərtəbəli ev yanıb...

18 Dekabr 2018 11:35

Hadisə rayonun Qımır kəndində baş verib. Qımır kənd sakini Qurbanov Məharət Əli oğluna məxsus sahəsi 150 m² olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Hadisə yerinə cəlb olunan FHN-in 2 yanğınsöndürən maşını və şəxsi heyətinin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən tamamilə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.