AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər...

17 Dekabr 2018 16:38

Şəkidə AQTA nümayəndələri işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüb. Görüşə Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün müraciət edən iddiaçılar qatılıb. Əvvəlcədən elan olunmuş ixtisas istiqamətləri üzrə müraciət edən vətəndaşlarla görüşən Agentliyin sədr müavini iş üçün müraciət edən iddiaçıları dinləyib, onların peşəkarlıq səviyyəsi ilə tanış olub. İşlə təmin olunmaq istəyən vətəndaşların müraciətləri qeydiyyata alınıb və vakant vəzifələrə uyğun olan iddiaçılarla bağlı aidiyyəti struktur bölmələrə tapşırıqlar verilib. Səfər çərçivəsində Agentliyin sədr müavini tikintisi davam edən Şəki Regional Sınaq Laboratoriyasında görülən işlərlə də tanış olub.