Qayınata avtomobillə kürəkənini vurdu...

17 Dekabr 2018 13:54

Qaxda qayınata ehtiyatsızlıqdan kürəkənini avtomobillə vurub. Məlumata görə, hadisə rayonun Turaclı kənd sakini 40 yaşlı Rəşad Ramazanov kənd ərazisində avtomobil təmir edərkən baş verib. Onu qayınatası idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan vurub. Rəşad Ramazanov Qax rayon Mərkəzi Xəstəxanasına bədən xəsarətləri ilə daxil olub. Müayinə zamanı yaralıya qarının sağ yarısının küt zədəsi diaqnozu qoyulub.