Qaxda iki avtomobil toqquşdu, sürücülər yaralandı...

17 Dekabr 2018 13:46

Qaxda səhər saatlarında iki avtomobil toqquşub. Hadisə şəhərin Səməd Vurğun və Aydın Məmmədov küçələrinin kəsişməsində qeydə alınıb. Qax rayon sakini, 40 yaşlı Zaza Artuloviç Kuloşvilinin idarə etdiyi 34-BD-176 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobillə, Ləkit kənd sakini 47 yaşlı Səfər Hacıyevin idarə etdiyi 34-BE-579 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil toqquşub. Qəza nəticəsində VAZ-ın sürücüsü 47 yaşlı Səfər Hacıyev ağır bədən xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya sol körpücüyün sınığı diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Hazırda onun müalicəsi Cərrahiyə şöbəsində davam etdirilir. Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.