Şəki idmançıları dünya çempionatından uğurlu nəticələrlə qayıdıblar...

15 Dekabr 2018 16:15

Şəki idmançıları Bakıda keçirilən Çoxmübarizəli idman döyüş növləri üzrə dünya çempionatından uğurlu nəticələrlə qayıdıblar. Milli komandanın tərkibində 17 nəfərlə təmsil olunan idmançılardan 7-si çempionatda mükafatçılar siyahısına düşməyi bacarıb. Onlardan 5-i qızıl, 2 idmançı isə gümüş medalla təltif olunub. Ümumilikdə Azərbaycan milli komandası, komanda hesabında dünya çempionatında ilk yeri tutmağı bacarıb.