İstedadlar üzə çıxarıldı...

15 Dekabr 2018 16:00
İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilaçılığı ilə regionda yaşayan istedadlı uşaqların üzə çıxarılmasına hədəflənən müsabiqənin yekun turu keçirilib.
5 rayonu əhatə edən müsabiqəyə bölgələrdə yaşayan 2 yaş qrupu üzrə 18 yaşa qədər və 18 yaşdan yuxarı uşaq, yeniyetmə və gənclər qatılıb. Müsabiqə 3 naminasiya- musiqi, bədii qiraət və təsviri sənət üzrə keçirilib. Şamaxı Mədəniyyət Sarayında keçirilən müsabiqənin yekun turunda musiqi və bədii qiraət üzrə yarışmanın 1-ci turunda qalib olmuş gənc və yeniyetmələr yarışıb. 24 dekabrda İsmayıllıda keçiriləcək müsabiqənin sonunda isə 300 – istedadlının arasından seçilmiş qaliblər təltif olunacaq. Bununla yanaşı, təsviri sənət üzrə qaliblərin əl işindən ibarət sərgi nümayiş olunacaq. Müsabiqənin keçirilməsində məqsəd isə uşaqlarda estetik zövqün formalaşması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasıdır.