İsmayıllı Peşə Tədris Mərkəzi ağacəkmə kampaniyasına start verib...

14 Dekabr 2018 16:43

İsmayıllı Peşə Tədris Mərkəzi ağacəkmə kampaniyasına start verib. Tələbə və müəllimlər bu təşəbbüsə qoşularaq ağacəkmə kampaniyasında həvəslə iştirak ediblər. Ərazidə təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün xüsusi təyin olunan sahədə 1000 ədəd çinar, akasiya, eldar şamı, ağcaqayın ağac tinglərinin əkilməsi nəzərdə tutulur. Xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alınıb. Cavan tinglərin qorunması üçün sahənin sərhədlərinə çəpər çəkilib, əraziyə giriş məhdudlaşdırılıb. Sutkalıq növbətçilik təşkil olunub. Əkin materialı kimi İsmayıllı rayon landşaftına uyğun tinglərindən istifadə olunur. Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən aksiya davam etdiriləcək.