Elxan Usubov Aydınbulaq kəndi sakinləri ilə görüşdü...

14 Dekabr 2018 16:40

Şəki Şəhər İcra Hakimiyyəti başçısı növbəti görüşünü Aydınbulaq kəndində keçirib. Elxan Usubov regionların sosial-iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq quruluculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Daha sonra sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri əsasən istiliklə bağlı yaşadıqları çətinlikləri dilə gətiriblər. Məsələ ilə bağlı kənd sakinlərinin nəzərinə çatdırılıb ki, 2019-cu ildə kəndə qaz xətti çəkiləcək və artıq bununla bağlı layihə hazırdır. Kənd sakinləri işıq dirəklərinin köhnə olması və digər məsələlərlə bağlı yaşadıqları problemləri də icra başçısının diqqətinə çatdırıblar. Aidiyyatı qurumlara xəbərdarlıq edən icra başçısı problemlərin aradan qaldırılmasını tapşırıb.