Zaqatalanın Lahıc kəndi qazlaşdırıldı...

14 Dekabr 2018 15:47

Zaqatala rayonunun Lahıc kəndinə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümumilikdə 455 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün 24 min 751 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.