İdarəetməni itirdi, dərəyə yuvarlandı...

14 Dekabr 2018 12:41

Şəkidə səhər saatlarında yol nəqliyyat hadisəsi baş verib. Qəza Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 22-ci km-liyində, Şəkinin Şəki kəndi ərazisində qeydə alınıb. Şəki sakini 37 yaşlı Samir Qasımov 55-BT- 441 dövlət nömrə nişanlı Mersedes markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yolun kənarına yuvarlanıb. Sürücü dərhal Şəki RMX-na çatdırılıb. Ona sağ ciyərin və döş qəfəsinin qapalı travması diaqnozu qoyulub, müalicəsi davam etdirilir. Avtomobildə olan sərnişin 23 yaşlı Səlimov Elmin isə qəzadan yüngül xəsarətlərlə xilas olub. Faktla bağlı araşdırma aparılır.