"Ögey ana"ya abidə qoyuldu...

12 Dekabr 2018 14:14
Hər izlədiyimizdə eyni həyəcanı yaşdığımız "Ögey ana" filmi... Bu il filmin çəkilməsindən 60 il ötür. İsmayıllının səfalı, mənzərəli kəndlərində lentə alınan filmə 60 il sonra ən maraqlı kadrların çəkildiyi ərazidə abidə qoyulub.
Balacadan-böyüyə hər kəsin sevə-sevə izlədiyi "Ögey ana" filmi İsmayıllı rayonunun Qalacıq və İstisu kəndlərində çəkilib. İki kəndi birləşdirən filmdə yüksək qayalığın partladılması kadrı çəkilən dağlıq ərazidə filmin 60 illiyi ilə əlaqədar abidə qoyulub. Abidənin üzərində 2 əl forması- biri İsmayılın, ikincisi isə ananın əlini təmsil edir . Qızılı rəngdə olan büstün hündürlüyü 120 sm ,eni isə 60 sm dir. Bu təşəbbüsü isə İncəsənət universitetinin bir qrup tələbəsi irəli sürüb. Büstün quraşdırılması filmin çəkilişində iştirak edən yaşlı kəndlilər tərəfindən böyük sevinclə qarşılanıb. Qeyd edək ki, Rejissor Həbib İsmayılov film çəkilişləri zamanı kiçik epizodlarda iştirak etmək üçün kənd uşaqlarına da rol vermişdi. Filmdə Ceyhun Mirzəyevi – İsmayılı bəzi epizodlarda Qalacıq kənd sakini Vaqif Babayev əvəz edib. Filmin lentə alındığı tibb məntəqəsi, körpü, partladılan dağın mənzərəsini görəndə isə film insanın gözləri önündə yenidən canlanır...