Şıxzahirli kəndinə təbii qaz verilib...

11 Dekabr 2018 16:50

Qobustan rayonunun iri yaşayış məntəqələrindən olan, 2042 nəfərin yaşadığı Şıxzahirli kəndinə təbii qaz verilib. Kəndin qazlaşdırılması zamanı 11 min 219 metr polad borularla xətt çəkilib, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb. yaşayış məntəqəsinə təbii qazın verilməsi ilə əlaqədar kənddə açılış mərasimi keçirilib. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov və digər çıxış edənlər ölkəmizdə sosial-iqtisadi sahələrdəki sürətli inkişafdan, regionlarda, o cümlədən Qobustan rayonunda həyata keçirilən sosial layihələrdən danışıblar. Qeyd olunub ki, artıq Qobustanda 23 yaşayış məntəqəsi qazlaşdırılıb, əhalinin 97 faizi “mavi yanacaq”la təmin edilib. Sonra rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə təbii qaz verilib.