Şəkidə qanunu pozan sürücülər cərimələndi...

11 Dekabr 2018 16:01

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional bölməsi və Şəki Şəhər Rayon Polis şöbəsinin əməkdaşları reyd keçirib. Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb, bir çoxuna inzibati protokol tərtib olunub. Reyd qanunsuz olaraq sərnişindaşma və yükdaşıma fəaliyyəti ilə məşğul olan, xətdən kənar, lisenziya və müvafiq sənədlər olmadan idarə olunan avtobus və mikroavtobus sürücülərinə qarşı keçirilib. Qanunsuz şəkildə taksi fəaliyyəti göstərən sürücülər də inzibati məsuliyyətə cəlb olunub. Təhlükəsizlik tədbirində sərnişin daşıma fəaliyyəti ilə məşğul bir nəfər sürücü müvafiq sənədlər olmadan mirkoavtobus idarə etdiyinə görə saxlanılıb və nəqliyyat vasitəsi sərnişinləri mənzil başına çatdırdıqdan sonra cərimə meydançasına aparılıb. Bu cür reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.