“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilib...

11 Dekabr 2018 15:19

İsmayıllıda Heydər Əliyev Mərkəzində “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilib. Məşğələ “Ümummilli lider Heydər Əliyev regionların sürətli və davamlı sosial-iqtisadi inkişaf konsepsiyasının banisidir” mövzusuna həsr edilib. Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dahi rəhbərin həyat və fəaliyyətinə həsr edilən film nümayiş edilib. Çıxış edənlər Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışıblar. Vurğulanıb ki, xalqın inamını özünə qaytaran, Azərbaycanda sabitlik və əmin-amanlıq yaradan dahi şəxsiyyət ölkəyə rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin bərpa edilməsində, xaosa son qoyulmasında, sivil demokratik dövlət quruculuğunda əvəzsiz xidmətlər göstərib. Sonda Ulu Öndərə həsr olunmuş şeir və mahnılar ifa olunub.