Şamaxının Quşçu kəndində sürüşmə sahələri yenidən aktivləşib...

11 Dekabr 2018 15:09

Torpaq axını son günlər yağan yağışlardan sonra daha da artıb. Kadrlar Şamaxının Quşçu kəndindəndir. Ərazidə sürüşmə yenə aktivləşib. Sürüşmənin əsas səbəbi isə son günlər müşahidə olunan intensiv yağışlardır. Torpaq sürüşməsi nəticəsində kənd sakinlərinə məxsus evlərə və yardımçı tiklilərə ziyan dəyib. Evlərin divarlarında, tavanında xırda çatlar genişlənərək yaşayış üçün təhlükə yaradıb. Sürüşmə zamanı kənd sakinlərinə məxsus həyətyanı sahələrin hasarları, meyvə ağacları, əkin sahələri yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, yağış yağandan sonra aktivləşən torpaq kütləsi kəndin yollarını da yarasız hala salıb və nəticədə bəzi evlərə gedən avtomobil yolunu da tamamilə bağlayıb. Qeyd edək ki, sürüşmə səbəbindən Quşçu kəndində 15-ə yaxın evin divarında iri və xırda çatlar əmələ gəlib. Bəzi sakinlərə məxsus yaşayış evi sürüşmə nəticəsində tamamilə qəzalı vəziyyətə düşüb.