İsmayıllının İvonovka kəndində də tədbir keçirilib...

11 Dekabr 2018 14:55

Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan silsilə tədbirlərin davamı olaraq İsmayıllının İvonovka kəndində də tədbir keçirilib. Öncə iştirakaçılar Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini yad ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə ölkənin tarixi inkişaf yolu keçdiyini, qüdrətli şəxsiyyətin qətiyyətli iradəsi sayəsində ölkəmizin dünya dövlətləri birliyində layiqli yer tutduğunu bildiriblər. Qeyd olunub ki, Ulu Öndərin dövlətçiliyə və xalqa sonsuz sədaqəti, millətsevərliyi sözün həqiqi mənasında gələcək nəsillərə örnəkdir. Çıxış edənlər həmçinin Ulu Öndərin İvonovkaya səfəri və İvonovkalılara xüsusi qayğısından da söhbət açıblar. Bu gün də İvonovkada aparılan abadlıq-quruculuq işlərindən bəhs olunub.