Şəki polisindən nümunəvi addım!

08 Dekabr 2018 16:41

İki polis əməkdaşı bir qadının həyatını xilas ediblər. Hadisə Şəkinin Suçma kəndində yaşanıb. Suçma kənd sakini gənc qadın səhhətində yaranan problemlə əlaqədar qonşu kənddə olan tibb məntəqəsinə aparılıb. Lakin burada bildirilib ki, qadının vəziyyəti qənaətbəxş deyil və onu dərhal Şəki MRX-yə çatdırmaq lazımdır. Xəstəni vaxtında xəstəxanaya çatdırmaq üçün Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Vüqar Məmmədov və Rauf Əhmədov dərhal xidməti maşını ilə yola düşüblər. Və zamanında qadını xəstəxsnaya çatdırmaq mümkün olub. Həkimlərsə bildirir ki, polislər bu hərəkəti ilə qadının həyatını xilas edib. Hazırda qadının vəziyyətinin normal olduğu və həyatı təhlükəsinin qalmadığı bildirilir.