Çindən gətirilən tut tinglərinin əkilməsinə başlanılıb...

08 Dekabr 2018 15:42

Baramaçılıq sahəsinin inkişafında vacib amillərdən biri yem bazasının möhkəmləndirilməsidir. İpəkqurdu tut yarpağından lazimi qədər bəslənməlidir ki, barama istehsal edə bilsin. Yəni, nə qədər çox yem bazası, o qədər çox məhsuldarlıq deməkdir. Bu məqsədlər Çindıən gətirilən tut tinglərinin əkilməsinə başlanılıb. Ölkəmizə gətirilən 1 mln tut tingi 36 rayona paylanıb. Yenicə paylanan 18 000 tut tingi Zaqatalaya gətirildiyi gündən sahələrə köçürülür. Artıq rayonun Muxax, Çobankol və digər kəndlərində bağların salınmasına başlanılıb. Məhsuldarlığın yüksək olması üçün əkin qaydalarına düzgün əməl edilməlidir. Buna görə də fermerlər əkin sahələrini yüksək aqrotexniki qaydada hazırlayıb. Məhsuldarlığın ilbəil artdığı Zaqatala rayonunda 8-tondan artıq yaş barama istehsal edilib. Tut ipək qurdu istehsalına görə Muxax kəndi qabaqcıl kəndlərdəndir. Bu kəndin sakinləri ta qədimdən baramaçılıq sahəsi üzrə ixtisaslaşıb. Çin xalq respublikasından gətirilən və ortalama 40,50 sm hündürlükdə olan tinglər Çin əkin texnologiyasına əsasən, yəni sıra arası 50 sm, cərgə arası 2 metr olmaqla əkilir. Artıq ötən il əkilən tinglər normal bitiş verib. Həmin tut yarpağından bu il qurdun ilkin böyümə prosesində istifadə etmək mümkün olub. Qeyd edək ki, indiyədək Zaqatala ərazisində 121 min tut tingi əkilib, bunun 70 mini Çindən gətirilmiş tinglər, 130 mini isə yerli növ tinglərdir. Hədəfdə rayon ərazisində 200 000 tut tinginin əkilməsidir.