Arıçılığın inkişafı üçün hansı addımlar atılır?

08 Dekabr 2018 15:07

Son illər digər kənd təsərrüfatı sahələri kimi ən faydalı və ən gəlirli sahələrdən biri sayılan arıçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Təsərrüfatçıları özündə birləşdirən ayrıca Assosiasiyanın yaradılması, xüsusi güzəştlər və eləcədə arıçılara subsidiyanın verilməsi də bunu deməyə əsas verir. Rayonlarda arı pətəklərinin nömrələnməsinə başlanılıb. Zaqatala rayonunda arıçılara ayrılan subsidiyaların hesablanması məqsədi ilə pətəklərin xüsusi qeydiyyat nişanları ilə nömrələnməsinə başlanılıb. Subsidiya hər arı pətəyi üçün 10 manat məbləğində müəyyənləşib. İndiyədək rayon üzrə 1189 arıçılıq təsərrüfatı üzrə 29 min 94 arı ailəsi qeydiyyata alınıb. Subsidiyaların verilməsi arıçılığa olan marağı xeyli artıracaq. Layihənin həyata keçirilməsində əsas məqsəd də elə mövcud təsərrüfatların genişləndirilməsi ilə yanaşı, yeni təsərrüfatların yaranmasına da təkan verməkdir.