İsmayıllıda ağacəkmə kampaniyası keçirilib...

07 Dekabr 2018 16:28

İsmayıllı rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə kampaniyası keçirilib. İsmayıllı rayon Bələdiyəsinin təşkilatçılığı ilə baş tutan kampaniyada yerli idarə və təşkilat nümayəndələri, rayon gəncləri həvəslə iştirak ediblər. Xüsusi təyin olunan ərazidə 1000 ədəd müxtəlif növlü ağaclar əkilib. Xüsusi səliqə ilə əkilən ağacların dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara davamlı olaraq qulluq edilməsi qərara alınıb. Eyni zamanda əkilən cavan tinglərin qorunması üçün sahənin sərhədlərinə çəpər çəkilib, mal-qaranın əraziyə girişi məhdudlaşdırılıb. Sutkalıq növbətçilik təşkil olunub. Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən aksiya gələcəkdə də davam etdiriləcək.