Şəki şəhər İcra Hakimiyyəti başçısı növbəti səyyar qəbulunu keçirib...

07 Dekabr 2018 14:04

Elxan Usubov bu dəfə 2-ci Biləcik kənd sakinləri ilə görüşüb. İcra başçısına bildirilib ki, kənddə 317 təsərrüfatda 1198 nəfər əhali yaşayır. Onların əsas məşğuliyyətini heyvandarlıq, əkinçilik , baramaçılıq və tütünçülük təşkil edir. İcra başçısı regionların sosial-iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq-quruluculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib . Sakinlər elektrik dirəklərinin dəyişdirilməsi, tibb məntəqəsinin əsaslı şəkildə təmirə ehtiyac olduğunu ilə bağlı problemləri dilə gətiriblər. İcra başçısı sadalanan problemlərin aradan qaldırılması üçün aidiyyatı qurumlara tapşırıqlarını verib.