Şəkidə basketbol üzrə zona çempionatı keçirilib...

06 Dekabr 2018 17:47

Şəkidə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya komitəsi və Məktəb İdmanları federasiyasının təsdiq etdiyi ölkə çempionatının basketbol üzrə zona çempionatı keçirilib. Çempionatda 10 komanda mübarizə aparıb. Yarışda çıxış edənlər komandalara uğurlar arzulayıb. Bu cür yarışların keçirilməsinin əhəmiyyətindən danışıblar. Azərbaycan himnin səslənməsi ilə yarış açıq elan edilib. Açılışda komandaların meydana çıxmağa hazırlaşdığı anlarda milli musiqi sədaları altında balacalar rəqs edib, tamaşaçıları əyləndiriblər. İlk oyunda Şəki ilə Göyçay məktəbliləri qüvvələrini sınayıb. Oyunun ilk dəqiqələrindən üstün oyun sərgiləyən Şəki məktəbliləri qələbə qazanıb. Həmçinin gün ərzində Oğuz-Balakən, Qax-Ağsu, İsmayıllı-Zaqatala komandaları qarşılaşacaq.