Şəki şəhər İcra Hakimiyyəti başçısı Qayabaşı kənd sakinləri ilə görüşüb...

06 Dekabr 2018 16:31

Elxan Usubov regionların sosial-iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq-quruculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Daha sonra sakinlərin müraciətləri dinlənilib. Sakinləri daha çox narahat edən məsələlər müzakirə edilib. Kənd sakinləri əsasən su problemi yaşadıqlarını bildiriblər. Həmçinin əkin üçün əlavə torpaq sahələrinə, mal-qaranı otarmaq üçün örüş sahələrinə ehtiyac olduğu vurğulanıb. Görüşdə sakinləri narahat edən digər problemlər də müzakirə edilib. Qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumlara xəbərdarlıq edən icra başçısı tezliklə problemlərin aradan qaldırılmasını tapşırıb.