Qax fındığı Avropa və Rusiyaya ixrac olunur...

06 Dekabr 2018 15:39

Ölkədə becərilən fındıq və qoz məhsullarının əsas hissəsi Şəki - Zaqatala iqtisadi rayonunun payına düşür. Bu regionda yetişən fındıq öz yağlılığına və quruluşuna görə dünyada seçilən növlərdən hesab edilir. Ona görə də məhsula tələbat böyükdür. Yaxşı gəlirli sahə olduğu üçün Qaxda da təsərrüfat sahiblərinin fındıqçılığa marağı artıb. Fındıqçılıq Qaxda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biridir. Təsərrüfatçılar əsasən “ata-baba” adlanan növün becərilməsinə üstünlük verirlər. Bu il rayon ərazisində 4805 ton fındıq yığılıb. Hansı ki, bu rəqəm ötən il 4146 ton idi. Qax rayonunda fəaliyyət göstərən fındıq emalı məntəqəsi yüksək keyfiyyətli fəndıq ləpəsi hazırlanır. Fabrikdə 60 nəfərə yaxın işçi calışır. Müəssisədə yaş formada olan fındıq çəkilir, sonra onun keyfiyyətinin yoxlanması üçün nümunələr götürülür və xüsusi labaratoriyaya göndərilir. Bunun əsasında fındığın orta nəmliliyi, keyfiyyəti yoxlanılır. Zavod ildə 3000 ton fındıq istehsal eləmək gücünə malikdir. İstehsal olunmuş fındıq ləpəsi əsasən Fransa, İtaliya, Polşa, Almaniya və Rusiyaya satılır. Qeyd edək ki, Qaxda 9552 ha fındıq sahəsi var ki, onun 6228 hektarı bar verəndir.