Oğuzda “Vəhdət – dini təhlükəsizliyin əsas təminatçısı kimi” mövzusunda seminar-müşavirə keçirilib...

05 Dekabr 2018 16:24

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Oğuz rayonunda “Vəhdət – dini təhlükəsizliyin əsas təminatçısı kimi” mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Oğuz Rayon İH-nin başçısı Eyvaz Qurbanov,Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məsul şəxsləri və bu qurumların Oğuz, Balakən, Zaqatala, Qax və Şəki rayonlarındakı yerli strukturlarının rəhbərləri, eləcə də adıçəkilən rayonların İH başçılarının müavinləri iştirak ediblər.Tədbirdə ilk öncə DQİDK-nın sifarişi ilə çəkilmiş “Vəhdət qanımdadır” sənədli filmi nümayiş olunub. Daha sonra çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətlərinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən danışıb, tolerantlığın ökəmizdə hər bir azərbaycanlının həyat tərzinə çevrildiyi qeyd edilib. Müşavirədə dini radikalizmə qarşı mübarizə tədbirləri, dini təhlükəsizliyin təmin edilməsində vəhdət prinsipinin rolu müzakirə olunub. Qeyd olunub ki, dünyada dinlər və məzhəblərarası qarşıdurmaların baş verdiyi zamanda respublikamızda mövcud olan vəhdəti özündə əks etdirən “Vəhdət qanımdadır” filmi böyük əhəmiyyətə malikdir.