Zaqatalada Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər davam edir...

05 Dekabr 2018 16:20

Rayonun Tala kənd 1 saylı tam orta məktəbində təşkil edilən tədbirdə Cümhuriyyət tarixinə nəzər salınıb. İstiqlaliyyətimizdən bəhs edilən film nümayiş edilib. Vurğulanıb ki, Şərqdə ilk demakratik dövlət sayılan Azərbaycan Xalq Cümhuriyyəti Regionda o zaman baş verən tarixi hadisələrə görə çox az yaşasa da, böyük işlər görülüb.Yenidən öz müstəqilliyinə qovuşan Azərbaycanın müstəqilliyi artıq sarsılmaz və əbədidir. Aparılan məqsədyönlü siyasət nəticəsində indi Azərbaycan Regionun ən güclü Dövlətlərindən birinə çevrilib.Şagirdlərin ifasında səslənən mahnı,şer və rəqslər, eləcə də o zamanki hadisələri özündə əks etdirən səhnəciklər izləyənlər tərəfindən maraqla qarşılanıb.