Şəkidə tələbələr maarifləndirildi...

05 Dekabr 2018 11:45

APİ-nin Şəki filalında tələbə və müəllimlərin iştirakı ilə narkomaniya, erkən nikah, dini radikalizm mövzusunda növbəti maarifləndirici tədbir baş tutub. Şəki şəhər rayon polis şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələrə dövrümüzün ən aktual problemlərindən olan narkomaniya bəlasından danışılıb. Narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, bu bəladan qorunma yolları, narkomaniyanın insan sağlamlığına vurduğu zərərlər barəsində ətraflı məlumat verilib. Xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin mütəmadi olaraq aparılmasının vacibliyi qeyd edilib. Tədbirdə həmçinin tələbələrin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək.