Macarıstan səfiri Şəkidə...

04 Dekabr 2018 16:39

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin rəhbərlik etdiyi nümayəndə heyəti Şəkiyə səfər edib. Nümayəndə heyəti ilə Şəki şəhər İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Rayon icra hakimiyyətinin başçısı Elxan Usubov qonağa Şəkinin tarixi, rayonda yerləşən qədim abidələr, turizm potensialı, keçirilən beynəlxalq layihələr haqqında geniş məlumat verib. Səfir Viktor Szederkenyi Macarıstan-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyini bildirərək, ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğunu diqqətə çatdırıb.