"Mən fəxr edirəm ki, Azərbaycanlıyam"

04 Dekabr 2018 16:25

Şəkidə yerləşən 14 nömrəli tam orta məktəbdə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam !” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, müəllimlər və məktəbin şagirdləri iştirak edib. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, müasir Azərbaycan tarixindəki rolundan söhbət açıblar. Ümummilli liderin müstəqilliyimizin əldə olunması, möhkəmləndirilməsi, qorunub saxlanmasında əvəzsiz rolu, onun siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verilib. Daha sonra şagirdlər tərəfindən musiqili kompozisiya təqdim olunub, şeirlər səsləndirilib.