Beynəlxalq Əlillər Günü münasibətilə Zaqatalada tədbir keçirildi...

04 Dekabr 2018 15:14

Azərbaycanda əlillər, sağlamlıq imkanı məhdud insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ölkəmizdə əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır, müvafiq dövlət proqramları icra olunur. Bu fikirlər Beynəlxalq Əlillər Günü münasibətilə Zaqatalada keçirilən tədbirdə səsləndirilib. Əlillərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, hazırda rayonda 8797 nəfər əlil və 901 nəfər sağlamlıq imkanı məhdud uşaq yaşayır. Onların reabilitasiya, pulsuz istirahət, mənzil və nəqliyyat vasitələri ilə təminatı uğurla həyata keçirilir, pensiya və müavinətləri hər il artırılır. Bayram süfrəsi ətrafında davam edən tədbirin sonunda bir qrup əlilə ərzaq yardımı verilib.