Qatı duman hərəkəti iflic etdi...

04 Dekabr 2018 12:33
Qatı duman Bakı-Şamaxı-Yevlax magistralında hərəkəti çətinləşdirib. Xüsusilə də gecə saatlarında duman səbəbindən bəzi sürücülər yolda qalıb.
İki gündür şimal-qərb istiqamətində müşahidə olunan qatı duman axşam saatlarında dahada kəskinləşib. Duman əsasən Bakı-Şamaxı-Yevlax yolunun Qobustandan keçən hissəsində və Şamaxı-Muğanlı-İsmayıllı-Ağsu dolaylarında müşahidə olunub. Görüntünün məhdud olması hərəkəti çətinləşdirib. Sözügedən ərazidə görmə məsafəsi 1 metrə qədər qısaldığından bəzi sürücülər hətta avtomobillərini yolun kənarında saxlamaq məcburiyyətində qalıblar. Kəskin hava şəraiti ilə əlaqədar dövlət yol polisinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyirlər. Bakı-Şamaxı, Muğanlı-İsmayıllı və Şamaxı-Ağsu marşrutu ilə hərəkət edən sürücülərə ehtiyyatlı olmaları tövsiyyə olunur.