Şəkidə evdən yaşlı ər-arvadın meyiti tapılıb...

03 Dekabr 2018 18:05

Hadisə günorta saatlarında Şəki şəhəri, Salman Mümtaz küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. 81 yaşlı Bahadır Zalovun və onun həyat yoldaşı 63 yaşlı Elmira Zalovanın üzərində zorakılıq əlamətləri olmayan meyitləri yaşadığı ünvanda tapılıb. İlkin ehtimala görə onlar dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.