İsmayıllıda Beynəlxalq Əlillər Günü qeyd olunub...

03 Dekabr 2018 17:06

Tədbirdə İsmayıllı RİH-nin rəsmiləri və əllilər iştirak ediblər. Əvvəlcə əlillərin hazırladıqları əl işlərindən ibarət sərgi nümayiş olunub. Daha sonra keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən, əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, ölkəmizdə əlillərin hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, reabilitasiya və cəmiyyətə inteqrasiyaları ilə əlaqədar tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb. Həmçinin bildirilib ki, müvafiq kateqoriyadan olan əlillər üçün fərdi evlərin, yaşayış binalarının tikilib istifadəyə verilməsi, onların minik avtomobil və texniki bərpa vasitələri ilə təmin edilməsi ilə həyata keçirilən tədbirlər İsmayıllı rayonunda da davam edir. İsmayıllı rayonunnda əlillərin sayı 7 369 nəfərdir. Artıq İsmayıllı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16, 27 və ikisi 36 mənzilli olmaqla 4 yaşayış binası istifadəyə verilib. Dörd mərtəbəli bu binalar rayonda növbədə olan 138 nəfər Qarabağ müharibəsi əlilindən 115-nin mənzillə təmin olunmasına imkan verib. Tədbir konsert proqramı ilə davam edib.