İsmayıllıda cüdo üzrə açıq birincilik keçirildi...

03 Dekabr 2018 16:45

İsmayıllıda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan cüdo idman növu üzrə açıq rayon birinciliyi keçirilib. Yarışdan öncə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan idmanın inkişafındakı xidmətlərindən danışıblar. Sonra yarışlara start verilib. Yarışda 12 komanda üzrə 260 idmançı 12 çəki kateqoriyasında gücünü sınayıb. İlk turda 2007- 2008, ikinci turuda isə 2009-2010-cu il təvəllüdlü idmançılar yarışıb. Sonda qalib idmançılar fəxri fərman və medalla təltif edilib. Şamaxı İsmayıllı, Sumqayıt və Bakı komandalarının yüksək nəticələr əldə etdiyi yarışın keçirilməsində məqsədsə yeniyetmə idmançıları gələcək olimpiya oyunlarına hazırlamaq, cüdonu inkişaf etdirməkdir.