Şəhid və itkin düşən hərbi qulluqçuların ailələri birdəfəlik ödənişləri almağa başlayıblar...

03 Dekabr 2018 16:37

İsmayıllı rayonu Hacıhətəmli kəndindən olan Ağayev Ayaz Həbullah oğlu da 19 yaşında Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edərək, 1992-ci ilin yanvar ayında itkin düşüb. 2000-ci ildə İsmayıllı rayon məhkəməsi Ağayev Ayaz Həbullah oğluna şəhidlik statusu verib. Ağayevlər ailəsi dövlət başçısının şəhid ailələri və itkin düşmüş şəxslərin vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı fərmanının təsir dairəsinə düşən ailələrdən sadəcə biridir. Sənədləri qısa zamanda hazırlanıb və birdəfəlik ödənişi artıq əldə ediblər.