Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

03 Dekabr 2018 11:28

Hadisə şəhərin Sabit Rəhman küçəsində qeydə alınıb. Balakən rayon sakini 50 yaşlı Ömərov Ramiz Məhəmməd oğlu yolu keçmək istəyən zaman Şəki sakini Məmmədli Ülvinin idarə etdiyi "55-CA-423" dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub. Nəticədə Ömərov Ramiz müxtəlif dərəcəli bədən xəsarətləri ilə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.