Şəki MRX-da Səhiyyə nazirliyi tərəfindən media-tur təşkil edilib...

01 Dekabr 2018 16:35

Turda ölkə ərazisində fəaliyyət göstərən media nümayəndələri iştirak edib. Turun keçirilməsində əsas məqsəd buradakı vəziyyətlə tanış olmaq, yeni kadrlar cəlb etmək, rayonlarda yaranan həkim çatışmazlığı kimi məsələlərə aydınlıq gətirməkdir. Media işçilərinin diqqətinə çatdırılıb ki, Şəki MRX ətrafında 65 tibb müəssisəsi toplayıb, burada 238 nəfər həkim və min yüz nəfər orta tibb işçisi çalışır. Media tur iştirakçıları xəstəxanada fəaliyyət göstərən şöbələri gəziblər. Hər bir şöbənin baş həkimi onlara xəstəliklər barədə ətraflı məlumat verib. Hemodializ şöbəsinə baş çəkən media nümayəndələri buradakı şəraitlə maraqlanıblar. Bildirilib ki, rayon üzrə hazırda 60-a yaxın hemodializ xəstəsi var və onlar mütəmadi olaraq müalicə edilirlər. Həmçinin media işçiləri onkoloji xəstəliklər, göz xəstəlikləri barədə də məlumat alıblar. Tur iştirakçıları xəstəxanada vətəndaşlara göstərilən xidmətlə də maraqlanıblar. Həkimlərin peşəkarlığı haqqında məlumat alıblar. Öz növbəsində xəstələr də xidmət səviyyəsindən razı qaldıqlarını bildiriblər. Media tur iştirakçıları həmçinin ilkin tibbi yardım palatası, kompyuter tomoqrafiyası, əmiliyyat otaqları ilə tanış olublar. Xəstəxanada peşəkar həkimlərin çalışdığı və ən müasir texnologiyalardan istifadə edildiyi qeyd olunub. Bu cür media turların davamlı olacağı da bildirilib. Medi tur iştirakçıları həmçinin Şəki Perinatal mərkəzə də baş çəkiblər. Buradakı vəziyyətlə yaxından tanış olublar.