“Regionlarda maarifləndirmə və sorğu”

01 Dekabr 2018 16:06

"Aqrolizinq"AçıqSəhmdar Cəmiyyəti tərəfindən təşkil edilən “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Şamaxıda növbəti görüş keçirilib. Görüşə Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Kürdəmir rayonlarında fəaliyyət göstərən fermerlər qatılıblar. Görüşdə kəndli və fermerlərlə mövcud problemlər, onların həlli və təkliflərinə dair fikir mübadiləsi aparılıb. Əsasən yerlərdə suvarma sistəmlərinin təşkili məsələsi, gübrələrin vaxtında gətirilməsi, regionun təsərrüfat sahəsinə uyğun və tələb olunan kənd təsərrüfatı texnikalarının gətirilməsi ilə bağlı fikirlər səsləndirilib. Sonra ödənişlərin daha rahat və vaxt itkisi olmadan aparılması üçün inteqarsiya ödəniş sistemləri barəsində məlumat verilib. Həmçinin aqrotexniki xidmətlərdən yararlanmaq üçün mobil tətbiq üzərindən sifarişlərin verilməsi layihəsi də təqdim olunub və layihə ilə bağlı auditoriyadan sorğu aparılıb.