Şəki idmançıları mükafatlandırıldı...

01 Dekabr 2018 15:57

Şəkidə çoxmübarizəli döyüş növləri üzrə 2017-2018-ci il mövsümünün yekunlarına dair tədbir keçirilib. Tədbirdə məşqçilər, idmançılar və onların valideynləri iştirak edib. Çıxış edənlər idmançıların il ərzində qazandığı uğurlardan danışıblar. Bildirilib ki, əldə edilən hər bir nailiyyət düzgün və müntəzəm məşqdən başlayır. Daha sonra il ərzində müvəffəqiyyət qazanan idmançılar fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.