Şəki RPŞ əməkdaşları könüllü olaraq qan veriblər...

01 Dekabr 2018 15:31

Şəki Rayon Polis şöbəsində qan vermə aksiyası keçirilib. Polis əməkdaşları qan xəstəliyindən əziyyət çəkən xəstələrə yardım məqsədilə könüllü olaraq qan veriblər. Müraciət edənlər əvvəlcədən müayinədən keçib, onlardan qan analizi götürülüb və qan verə bilmək üçün sağlam olub-olmamaları müəyyənləşib. Yığılan qan ehtiyatı yoxlanılaraq ehtiyacı olan xəstələrə köçürüləcək.