Harda dincəlmək olar? - Hamamda...

01 Dekabr 2018 13:45

Şəkinin qədimliyi hər zaman turistləri cəlb edib. Ancaq turistlər burada ancaq üzdə olan abidələri ziyarət edir. Əksəriyyət turist marşurutuna salınmayan abidələrdən bixəbərdir. Halbuki Şəkidə, xüsusən də qoruq ərazisində çox sayda abidələr var. Bu abidələr sırasında 19-cu əsrlərə aid 3 hamam da daxildir. Hamamlar uzun illərdir ki, dağılmış vəziyyətdədir. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Sərəncama əsasən qoruq ərazisindəki 3 hamam köhnə günlərinə qayıda bilər. Bu istiqamətdə işlərə artıq start verilib. Bununla belə hamamların bərpa edilməsi hələlik işin yarısıdır. Hamamların yenidən tanıdılması və turistlərin cəlb edilməsi üçündə işlər görülməlidir. Bunun üçün isə ilk növbədə hamamların istifadəyə verilməsi məsələsi ortaya çıxır. Odur ki, geriyə artıq sayılı günlər qalır. Yaxın zaman ərzində hamamlardan həm Şəki sakinləri həm də şəhərimizin qonaqları istifadə edə biləcək. Sadəcə tələb olunan biraz daha vaxtır.