Qəbələdə məktəblilər maarifləndirilir...

30 Noyabr 2018 16:59

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrol Xidməti Qəbələdə magistral yola yaxın olan məktəblərdə şagirdlərin piyada keçidlərindən düzgün istifadə qaydaları, əhəmiyyətli yollarda piyadaların təhlükəsizliyinin təmini mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə polis əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Çıxış edənlər piyadaların, xüsusilə məktəblilərin magistral yolları keçərkən hərəkətin təhlükəsizliyinin təmini və hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına əməl etmələrinə nəzarətin gücləndirilməsi məqsədi ilə təşkil olunduğu bildiriblər. Maarifləndirici əhəmiyyət kəsb edən tədbirdə əsasən xidməti ərazidə baş vermiş YNH-nin səbəbləri və şəraiti, yaşayış məntəqələrində piyadaların hərəkəti, əsasən də kiçik yaşlı şagirdlərin nəzarətsiz yola tək buraxılması, valideyi məsuliyyətsizliyi və s. kimi məsələlər müzakirə olunub. Mövzu ətrafında geniş söhbət aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.