Şəkidə ərəb turistlər qəzaya düşdü...

30 Noyabr 2018 11:39

Şəkidə səhər saatlarında ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şəki Kiş yolunda qeyd alınıb. Bəhreyndən olan ərəb turistlərin olduğu 99 KM 395 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil, qarşıdan gələn Şəki rayonu Kiş kənd sakini Rzayev İsrafil Fikrət oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə hər iki maşındakı sürücü və sərnişinlər, Bəhreyn sakinləri Nohuma Teyfulla, Sales Abdulla, Nəsiri Abdulla , Şəki sakinləri Məmmədeminova Pərvanə Fikrət qızı, Məmmədova Şəbnəm Məmməd qızı, Səmədli Tariyel Məzahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-na çatdırılıb. Zərərçəkənlərdən Məmmədova Şəbnəm və Səmədli Tariyel xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicəsi davam etdirilir. Qəzanın səbəbləri araşdırılır.